25 Aralık 2017 Pazartesi

Xarici müəllimlə dil öyrənməyin üstünlükləri

İNGİLİS DİLİNİ XARİCİ MÜƏLLİMLƏRLƏ ÖYRƏNMƏK NİYƏ ƏHƏMİYYƏTLİDİR? 

Hər şeydən öncə onu qeyd edim ki ingilis dilini xarici müəllimlə öyrənmək, öyrəndiyiniz leksikanın ən orijinal versiyada və praktik metodla istifadəsinə şərait yaradacaq. Bundan başqa xarici müəllimlər dilin daşıyıcısı olduğu olduqlarına görə təbii olaraq yerli müəllimlərdən daha zəngin söz ehtiyyatına sahib olacaqlar. Yerli müəllimlərdən fərqli olaraq idiomlar və ara sözlərlə sizi tanış edəcəklər. Bu da öz növbəsində öyrəndiyiniz dilin incəliklərinə bələd olmağınıza kömək edəcək.  Ara sözlərini bilməyiniz həmsöhbətinizin yumorunu, mətnaltı mənada demək istədiyi hər fikri tez anlamağınıza kömək edəcək. 

Kulturolojik adaptasiya. Dərslər zamanı müəyyən mövzu haqqında öz fikirlərinizi və duyğularınızı qarşılıqlı olaraq paylaşacaqsınız. Hər kəs öz ölkəsinin, milliyətinin müxtəlif mövzulara yanaşma tərzlərilə həmsöhbətini tanış etmiş olacaq. Bundan əlavə siz xarici müəllimlərdən səyahət etmək istədiyiniz ölkədə hansı növ fəaliyyətlə məşğul olacağınızdan asılı olaraq, sahənizə uyğun spesifik sözləri də öyrənə biləcəksiz. Xaricilər onların mədəniyyətlərinə yaxından bələd olduğunuzu görsələr daha isti, doğma münasibət göstərəcəklər.  Bununla da uğur sizin tərəfinizdə olacaq 🙂

Aksent və tələffüz. Xarici müəllimlərlə hazırlaşmağın ən önəmli uğuru sözləri düzgün tələffüz etməyi öyrənməkdir. Təsəvvür edin, siz hər hansısa bir sözü doğru bildiyinizə əminsiz və onu istifadə edirsiz amma qarşı tərəf sizin dediyiniz sözü anlamır. Başlayırsınız hərf-hərf hecalamağa. Ondan sonra xarici həmsöhbətiniz gülərək sizin dediyiniz sözü öz dilində tələffüz edir yanlız bundan sonra başa düşür ki, məyərsə sizin dediyiniz söz tamamilə başqa məna verirmiş. Oops! Heç də xoş hal deyil təbii ki, amma xoşbəxtlikdən xaricilər onların dilini öyrənmək istəyənlərə qarşı tolerant və sevgi dolu münasibət göstərərək sizin səhvlərinizi düzəldirlər. Ona görə də səhv etməkdən çəkinmədən ünsiyyətə davam edin 🙂

İngilis dilini təbii və əyləncəli üsulla öyrənmək. İnsanın ən təbii dil öyrənmə üsulu körpə uşaqlarda olduğu kimi öncə dinləyib sonra təkrar edərək danışmaq üsuludur. Ünsiyyət zamanı siz söz ehtiyyatı və tələffüz probleminizi də həll etmiş olacaqsız. Təbii üsul olan ünsiyyət vasitəsilə xarici müəllimlə dili öyrənmək sizi cansıxıcı uzun mətnlərdən və dərsliklərdən azad edəcək. Dərsin sonunda siz özünüzü yüklənmiş yox, əksinə yenilənmiş və əyləncəli hiss edəcəksiz. Uniwest International Language Center peşəkar xarici müəllim heyyətilə xarici dil öyrənərkən sizlərin qərb ölkələrinin təcrübəsindən yararlanmağınıza şərait yaradır. Siz də General English, IELTS, Speaking dərslərini bizim Cambridge English ( TEFL/TESOL/ CELTA) pedaqoji sertifikatlı xarici müəllimlərimizin zəmanətiylə öyrənmək istəyirsizsə sərfəli Yeni il kampaniyamızla yaxından tanış olun. 

Məcburiyyət faktoru. Yerli müəllimlərlə hazırlaşdığımız zaman istər müəllim istərsə də biz öz ana dilimizdə ünsiyyət qurmaqdan çəkinə bilmirik. Xarici müəllimlə isə vəziyyət tamamilə fərqlidir. Siz məcbursunuz öz fikrinizi ingilis dilində natamam da olsa  müxtəlif sözlərlə ifadə etməyə. Əks təqdirdə qarşı tərəf sizi heç cür anlamayacaq. Bu cür çətinliklərdən keçdikdən sonra görəcəksiz ki, siz artıq gündəlik məişət həyatınızda belə ingilis dilində düşünür və cümlə qurursuz. Öyrənəcəyiniz dilin ruhuna bürünəcəksiz. Düzdür ilkin mərhələdə öz komfort zonanızı tərk edib əziyyət çəkərək özünüzü ifadə edəcəksiz amma unutmamaq lazımdır ki, Che Guevara dediyi kimi " If you find way with no obstacles, it pobably  leads nowhere"



18 Aralık 2017 Pazartesi

İNGİLİS Dilində Sərbəst Danışmağı Sürətləndirən 10 Əsas Sayt

Salamlar!

Əgər İngilis dilində səlis danışmaq istəyirsinizsə, o zaman danışıq İngiliscəsi və ümumişlək ifadələri kurslar vasitəsilə, xüsusilə ana dili İngilis dili olan müəllimlər vasitəsilə öyrənmək ən əsas məsələlərdən biridir.

Amma sadəcə öyrənmək kifayət etmir və öyrəndiklərimizi real insanlarla təcrübə etmək lazım gəlir. İngilis dilli xalqlarda ümumiyyətlə bir qayda var - "Use it or lose it". Yəni əgər öyrəndiyiniz bir şeyi həyata keçirməsəniz, təcrübə etməsəniz o zaman həmin informasiya müəyyən müddət sonra sizin yadınızdan çıxacaq.

Əgər siz danışıq qabiliyyətinizi gücləndirmək istəyirsinizsə o zaman heç şübhəsiz ki, siz şimali amerikalı, britaniyalı və ya avstralyalı insanlarla danışıq əlaqəsi qurmalısınız. Bu həm sizin mədəni təcrübənizin (cultural experience) həm də danışıq qabiliyyətinizin artmasına səbəb olacaq.

Meetup kimi platformalar vasitəsilə insanlar öz regionlarında olan istənilən xarici millətlərin toplaşdığı və informasiya alış-verişi etdiyi məkanları asanlıqla tapa bilərlər. Məsələ ondadır ki, bir çox həmyerlimiz işinə vəya təhsilinə görə vaxtı məhdud olur. Bu məsələnin ən yaxşı həlli elastik zaman cədvəli çıxarıb boş vaxtlarımızda kimlər ilə danışa biləcəyimizi planlaya bilməkdir. Təbii ki, burada internet resursları köməyimizə gəlir.

Aşağıda göstərilən saytlar vasitəsilə dünyanın müxtəlif bölgələrindən İngilis dilini öyrənmək istəyən insanlarla tanış olub Skype vəya Whatsapp kimi proqramları vasitəsilə bilik və təcrübələrinizi İngilis dilində paylaşa bilərsiniz. Ən əsası da odur ki, filterlərdən istifadə edərək danışmaq istədiyiniz insanların millətlərini təyin edə bilərsiniz. Məsələn, əgər amerikalılarla danışmaq istəyirsinizsə o zaman hədəf ölkə kimi ABŞ seçirsiniz. İngiltərəli həmsöhbətlə danışmaq istəyəndə isə Böyük Britaniya seçirsiniz.

Conversation Exchange
Easy Language Exchange
My Language Exchange
English Baby
Speaking24
Speaky
Coffee Learning
How Do You Do
Lingo Globe
Coffee Strap

Bonuses
Babel Village
Busuu
Tandem

Yuxarıda göstərilən saytlarda qeydiyyat pulsuzdur və boş vaxtlarınızda danışıq bacarıqlarınızı inkişaf etdirmək, həmçinin ümumi dünya görüşünüzü artırmaq məqsədilə istifadə edə bilərsiniz.

Onu da qeyd etmək istərdim ki, danışığınızı səlisləşdirmək üçün Uniwest şirkəti olaraq Yeni il kompaniyası kimi sırf danışığa əsaslanan Speaking dərsləri keçirəcəyik. Dərslər britaniyalı müəllim tərəfindən keçirilir və həmçinin sizin ümumi bilik bazanızı gücləndirmək məqsədilə rəqabətə əsaslı sinif mühiti təşkil edilir.

Bu dərslərin nəticəsində siz İngilis dilində sərbəst danışmağı öyrənə bilər və sonra da səviyyənizi gücləndirmək məqsədilə akademik İngilis dili mərhələsinə keçə biləcəksiniz.

IELTS kimi beynəlxalq dərəcəli imtahanlara sizləri hazırlaşdıraraq sizin xaricdə təhsil almağınızı da öz öhdəliyimizə götürürük çünki tələbələrimizin müvəffəqiyyəti bizim müvəffəqiyyətimizdir.

Yuxarıda göstərilən saytlardan başqa bir çox digər platformalar var və biz sizə bütün bunları dərslər zamanı öyrədəcəyik. Təbii ki, burada tələbənin öhdəliyinə düşən də sadəcə verilən tapşırıqları vaxtında və effektiv şəkildə yerinə yetirmək olacaqdır.

Əgər siz də Amerika, Kanada, İngiltərə və bu kimi digər ölkələrdə oxumaq istəyir, vəya orada işləmək istəyirsinizsə o zaman aşağıda göstərilən ünvanda yerləşən kursumuza tələsin. Çünki yerlər məhduddur və 10 yanvar 2018-ci il tarixindən sonra qeydiyyat dayandırılacaq.

Ünvan:
Sahil biznes mərkəzi ( Sahil metrosunun üstündəki bina), 5-ci mərtəbə, 4-cü ofis



Qeyd: Bloq postlarımız öz növbəsində davam edəcək. Arzuladığınız mövzu varsa "Bizə yazın/ Əlaqə formu" bölməsinə yazın və biz, o mövzuda müvafiq postumuzu yayınlayaq.